Yuxarı
    Bağlamaq

    Almaniya hökuməti Suriyadakı antiterror əməliyyatlarında iştirakla bağlı qərar qəbul edib

    Qərar təsdiqlənsə rəsmi Berlin bölgəyə Tornado adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndəriləcək

    Bakı. 1 dekabr. REPORT.AZ/ Almaniya hökuməti Silahlı Qüvvələrinin Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə iştirakına dair qərar qəbul edib.

    "Report" xəbər verir ki, bu haqda "France Presse" məlumat yayıb.

    Qeyri-rəsmi mənbənin bildirdiyinə görə, parlament bu qərarı təsdiqləsə, o zaman Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək. 

    Məlumata görə, Fransa hökuməti noyabrın 13-də Parisdə törədilən terror aktlarından sonra Almaniyadan Suriyadakı antiterror əməliyyatlarında iştirak etməsini istəyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi