Bakı. 7 may. REPORT.AZ/ Birləşmiş Ştatların Yəmənə endirdiyi aviazərbələr nəticəsində 10 "Əl-Qaidə" terrorçusu ölüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, zərbələr 23-28 aprel tarixlərində Yəmənin müxtəlif hissələrində "Ərəb yarımadasındakı əl-Qaidə" (ƏYƏQ) terrorçularına yönəlib.
"Biz əvvəlki kimi ƏYƏQ-i məhv etmək və harada olmalarından asılı olmayaraq onları rahat buraxmamaq istəyirik", — deyə o bildirib.