ABŞ Yəməndə ərəb koalisiyasına dəstək verən heyətini azaldıb

ABŞ Yəməndə ərəb koalisiyasına dəstək verən heyətini azaldıb Hazırda Amerikanın dəstəyini 5 nəfərdən az şəxs əlaqələndirir
Digər ölkələr
20 Avqust , 2016 04:36
ABŞ Yəməndə ərəb koalisiyasına dəstək verən heyətini azaldıb

Bakı. 20 avqust. REPORT.AZ/ Amerika hərbçiləri ərəb koalisiyasının Yəməndə Ər-Riyadın başçılığı ilə başladığı hava kampaniyasına dəstəyi əlaqələndirən əməkdaşlarını Səudiyyə Ərəbistnından çıxarıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ hökumətindəki mənbələrə istinadən "Reuters" məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi leytenant Yan MakKonnexinin sözlərinə görə, hazırda Amerikanın dəstəyini, o cümlədən təyyarələrin səmada ikən yanacaqla doldurulması və məhdud kəşfiyyat məlumatları mübadiləsini 5 nəfərdən az şəxs əlaqələndirir. Halbuki ilk əvvəl bu işləri 45 əməkdaş icra edirdi.

Heyət Ər-Riyadı iyun ayından tərk edib.

Son xəbərlər

Orphus sistemi