ABŞ vətəndaşı KXDR-də casus elan edilərək 10 illik müddətə katorqa cəzasına məhkum edilib

ABŞ vətəndaşı KXDR-də casus elan edilərək 10 illik müddətə katorqa cəzasına məhkum edilib Kim Donq Çul ötən ilin oktyabr ayında həbs edilib
Digər ölkələr
29 Aprel , 2016 09:09
ABŞ vətəndaşı KXDR-də casus elan edilərək 10 illik müddətə katorqa cəzasına məhkum edilib

Bakı. 29 aprel. REPORT.AZ/ Şimali Koreya hakimiyyəti Cənubi Koreya mənşəli ABŞ vətəndaşı Kim Donq Çulu 10 illik müddətə katorqa cəzasına məhkum edib.

"Report" Çin KİV-inə istinadən xəbər verir ki, ötən ilin oktyabr ayında həbs edilən müttəhim KXDR əleyhinə pozuculuq fəaliyyəti və casusluqda ittiham olunub. İndi Kim Donq Çulu həyatının növbəti 10 ilini dövlət üçün ən ağır cinayətkarlar tərəfindən görülən məcburi əmək cəzasını ödəməklə keçirəcək.

Qeyd edək ki, 2016-cı ilin mart ayında Şimali Koreya hökuməti mətbuat konfransı təşkil edib və jurnalistlərlə görüş zamanı həbs edilmiş şəxs casusluq fəaliyyətinə görə Cənubi Koreya hökumətindən pul aldığını bildirib.

Eyni zamanda, mart ayında KXDR məhkəməsi suvenir kimi hoteldən təbliğat plakatını götürmək istəyən amerikalı tələbə Otto Uormbiri 15 il həbs cəzasına məhkum edib.

Son xəbərlər

Orphus sistemi