​ABŞ və Kubanın XİN başçıları görüşüb

​ABŞ və Kubanın XİN başçıları görüşüb Barak Obama ilə Raul Kastro arasında da görüşün keçiriləcəyi ehtimal olunur
Digər ölkələr
10 Aprel , 2015 09:56
​ABŞ və Kubanın XİN başçıları görüşüb

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri ilə Kubanın xarici işlər naziri Bruno Rodrigers arasında Amerika sammiti çərçivəsində keçirilən görüş başa çatıb.

"Report" xəbər verir ki, diplomatların görüşünə dair fotolar ABŞ Dövlət Departamentinin Twitter səhifəsində yayılıb.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

Məlumata görə, sammitdə ABŞ prezidenti Barak Obama ilə Kubanın lideri Raul Kastro arasında da görüşün keçiriləcəyi ehtimal olunur. 

Xatırladaq ki, bu, son 50 ildə iki dövlətin yüksək səviyyəli diplomatları arasında keçirilən ilk görüşdür.

Son xəbərlər

Orphus sistemi