ABŞ Senatının komitəsi Konqresə İran sazişinə “baxmaq” səlahiyyəti verdi

ABŞ Senatının komitəsi Konqresə İran sazişinə “baxmaq” səlahiyyəti verdi Yeni qanun İranla sazişə baxılması üçün Konqresə 30 günlük müddət verir
Digər ölkələr
15 Aprel , 2015 02:37
ABŞ Senatının komitəsi Konqresə İran sazişinə “baxmaq” səlahiyyəti verdi

Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ Senatının Xarici Əlaqələr Komitəsi İranla bağlanacaq hər hansı yekun sazişinə Konqresdə baxılmasını icbari edən qanun layihəsinə yekdilliklə səs verib.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, bu qanun İranla sazişə baxılması üçün Konqresə 30 günlük müddətin verilməsini nəzərdə tutur və administrasiyadan İranın sazişə əməl etməsinə dair vaxtaşırı məlumatların verilməsini tələb edir.

Bu müddət ərzində Barack Obama İrana qarşı sanksiyaları təkbaşına qaldıra bilməz.

İran və ABŞ da daxil olmaqla dünyanın altı gücü aprelin 2-də İsveçrənin Lozanna şəhərində Tehranın nüvə proqramına dair yekun sazişinin çərçivəsi haqqında razılaşma əldə ediblər.

Bu razılaşmaya əsasən İran, onun üzərindəki sanksiyaların qaldırılması müqabilində özünün nüvə proqramını əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa boyun olub.

Son xəbərlər

Orphus sistemi