ABŞ Senatı Mərkəzi Kəşfiyyat Agentliyinin işğəncə tətbiq etməsilə bağlı hesabat açıqlayıb

ABŞ Senatı Mərkəzi Kəşfiyyat Agentliyinin işğəncə tətbiq etməsilə bağlı hesabat açıqlayıb 11 sentyabr hadisələrindən sonra terrorçuluqda şübhəli bilinənlərə qarşı dindirilmə zamanı işgəncə tətbiq edilib
Digər ölkələr
10 Dekabr , 2014 00:37
ABŞ Senatı Mərkəzi Kəşfiyyat Agentliyinin işğəncə tətbiq etməsilə bağlı hesabat açıqlayıb
Bakı. 10 dekabr. REPORT.AZ/ ABŞ Senatı Mərkəzi Kəşfiyyat Agentliyinin 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrorçuluqda şübhəli bilinənlərə qarşı dindirilmə zamanı işgəncə tətbiq etdiyini bildirib.

"Report"-un Amerikanın Səsi-nə istinadən verdiyi xəbərə görə, Senatın Kəşfiyyat Komitəsinin bu gün açıqladığı hesabatda Mərkəzi Kəşfiyyat Agentliyinin terror şübhəliləri ilə düzgün rəftar etmədiyi, Konqres və Amerika xalqına tətbiq edilən üsulların effektivliyi ilə bağlı doğru məlumat vermədiyi deyilir. Bu üsullara bağlı mühitdə saxlanma, yuxudan məhrum edilmə və boğulmanın imitasiyası daxildir.

Hesabatı açıqlayan senator Dayan Faynşteyn bunun Mərkəzi Kəşfiyyat Agentliyinin saxlanılanlara işgəncə verdiyini deməyə əsas verdiyini bildirib.

Prezident Barak Obama 2009-cu ildə hakimiyyətə gələndən sonra ciddiləşdirilmiş dindirilmə üsullarını qadağan edib. Bu üsullar 2001-ci il sentyabrın 11-də 3 min insanın ölümünə səbəb olmuş terror hücumlarından sonra onun sələfi prezident Corc Buş tərəfindən səlahyyətləşdirilmişdi.

Hesabatın açıqlanmasından sonra Mərkəzi Kəşfiyyat Agentliyinin hazırkı direktoru Con Brennan 10 il bundan əvvəl terror şübhəlilərinin dindirilməsi zamanı müəyyən olunmuş yüksək standartlara hər zaman əməl etmədiyini etiraf edib.

Lakin o, Mərkəzi Kəşfiyyat Agentliyinin bu səhvlərdən nəticə çıxardığını deyib. O, Senatın dindirilmə üsullarının qeyri-effektiv olmasına dair çıxardığı nəticə ilə razılaşmayaraq, əksinə bunun sayəsində hücum planlarının qarşısının alındığı, terrorçuların ələ keçirildiyi və insanların həyatının xilas edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi