ABŞ Senatı Eşton Karteri Pentaqonun yeni rəhbəri vəzifəsinə təstiq edib

ABŞ Senatı Eşton Karteri Pentaqonun yeni rəhbəri vəzifəsinə təstiq edib Karterin lehinə 100 Senat üzvündən 80-ni səs verib
Digər ölkələr
13 Fevral , 2015 00:18
ABŞ Senatı Eşton Karteri Pentaqonun yeni rəhbəri vəzifəsinə təstiq edib

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ Senatı müdafiə nazirinin keçmiş müavini Eşton Karteri Pentaqonun yeni rəhbəri vəzifəsinə təstiq edib.

"Report"un TASS agentliyinə istinadla verdiyi məlumata görə, Eşton Karter bu vəzifədə Çak Heygeli əvəz edəcək.

E.Karterin lehinə 100 Senat üzvündən 80-ni səs verib.

İxtisasca fizik olan 60 yaşlı Eşton Karter ABŞ-ın milli təhlükəsizlik sahəsində yaxşı tanınan siyasi fiqurdur. O, Pentaqonda işlədiyi müddətdə silah satşışı ilə bağlı məsələlərə görə məsuliyyət daşıyıb. Lakin iki il bundan əvvəl Obama Senat üzrə həmkarı Çak Heygeli müdafiə naziri elan edərkən onun adı çəkilməyib.

Eşton Karter silahlı qüvvələrdə heç vaxt xidmət etmyib, lakin təhlilçilər onun müasir silahlara dair dərin biliyə malik olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi