​ABŞ səhvən İraq döyüşçülərini bombalayıb

​ABŞ səhvən İraq döyüşçülərini bombalayıb Hadisə nəticəsində iki könüllü həlak olub
Digər ölkələr
5 May , 2015 02:55
​ABŞ səhvən İraq döyüşçülərini bombalayıb

Bakı. 5 may. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın qırıcı təyyarələri Bağdad yaxınlığında səhvən İraq döyüşçülərinə havadan zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Bombardıman nəticəsində iki könüllü həlak olub.

Xatırladaq ki, ABŞ ilk dəfə deyil ki, hökumət qüvvələri tərəfində döyüşən könüllülərə səhvən zərbə endirir. Bənzər hadisə martın 29-da Tikrit şəhəri yaxınlığında baş vermişdi. Həmin zaman bir neçə könüllü yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi