ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyalara əsas verən qanunu imzaladı

ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyalara əsas verən qanunu imzaladı Yeni qanun Ukrayna hökumətinə silah-sursatın tədarükünü də nəzərdə tutur
Digər ölkələr
18 Dekabr , 2014 03:45
ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyalara əsas verən qanunu imzaladı

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Rusiya şirkətlərinə qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qanunu imzalayıb.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki məlumat verib.

Onun sözlərinə görə, sənəd hələ bir gün əvvəl imzalanıb. "Bu addım ABŞ siyasətinin dəyişdiyinə və yaxud dəyişmədiyinə dəlalət etmir", deyə Psaki bildirib.

Qeyd edək ki, yeni qanun, həmçinin Ukrayna hökumətinə silah-sursatın tədarükünü nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi