ABŞ prezidenti gələn ay Efiopiyaya səfər edəcək

ABŞ prezidenti gələn ay Efiopiyaya səfər edəcək Obama daha əvvəl Qana, Seneqal,Tanzaniya və Cənubi Afrika Respublikasında səfərdə olub.
Digər ölkələr
20 İyun , 2015 20:36
ABŞ prezidenti gələn ay Efiopiyaya səfər edəcək

Bakı. 20 İyun. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama gələn ay Efiopiyaya səfər edəcək. 

"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti 2015-Qlobal Sahibkarlıq Sammitinə qatılacaq. ABŞ dövlət başçısı hökumət rəsmiləri və Avropa Birliyinin liderləri ilə görüşlər keçirəcək.

Bu, Barak Obamanın atasının vətəni Keniyaya prezident statusunda ilk səfəri olacaq. O, daha əvvəl Keniyanı ABŞ senatoru ikən ziyarət etmişdi.

Obama daha əvvəl Qana, Seneqal,Tanzaniya və Cənubi Afrika Respublikasında səfərdə olub.

Son xəbərlər

Orphus sistemi