ABŞ-nin Florida ştatı Texasa əlavə mühafizə  bölməsi göndərir

ABŞ-nin Florida ştatı Texasa əlavə mühafizə  bölməsi göndərir ABŞ-nin Florida ştatının hakimiyyət orqanları qanunsuz miqrant axını ilə mübarizə aparmaq üçün Texasa Milli Qvardiya bölməsini göndərib.
Digər ölkələr
24 Fevral , 2024 07:27
ABŞ-nin Florida ştatı Texasa əlavə mühafizə  bölməsi göndərir

ABŞ-nin Florida ştatının hakimiyyət orqanları qanunsuz miqrant axını ilə mübarizə aparmaq üçün Texasa Milli Qvardiya bölməsini göndərib.

"Report"un məlumatına görə, bu barədə Floridanın qubernatoru Ron Desantis bildirib.

"Prezident Cozef Baydenin sərhəd böhranı hər bir ştatı sərhəd ştatına çevirib, ştatlardan müdaxilə etməyi və ərazi suverenliyimizi təmin etməyi tələb edir", - o deyib. “Mən Texasda xidmət edən hər bir hüquq-mühafizə orqanına səmimi təşəkkürümü bildirmək istəyirəm”, - qubernator vurğulayıb.

Qeyd edək ki, 2021-ci ildən Florida hakimiyyəti cənub sərhədində Texasa kömək etmək üçün hüquq-mühafizə orqanlarının 2,4 mindən çox əməkdaşını göndərib. Bu məqsədlər üçün 600-dən çox texnika, o cümlədən qayıqlar, avtobuslar və kvadrosikllər ayrılıb.

Son xəbərlər

Orphus sistemi