ABŞ Konqresi İranla bağlı qanun layihəsinin müzakirəsini təxirə salıb

ABŞ Konqresi İranla bağlı qanun layihəsinin müzakirəsini təxirə salıb Demokrat Partiyasının təkidi ilə sənədin müzakirəsi təxirə salınıb
Digər ölkələr
6 Mart , 2015 02:42
ABŞ Konqresi İranla bağlı qanun layihəsinin müzakirəsini təxirə salıb

Bakı. 6 mart. REPORT.AZ/ İranla bağlı qanun layihəsinin gələn həftə ABŞ Konqresində səsverməyə çıxarılmasına dair təklifi dəstəkləməyib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Respublikaçılar tərəfindən hazırlanan qanun layihəsində təklif olunurdu ki, İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma ilə əlaqədar yekun qərarı, məhz ABŞ Konqresi versin. Lakin Demokrat Partiyasının təkidi ilə sənədin müzakirəsi təxirə salınıb.

Müşahidələrin fikrincə, Barak Obama administrasiyası nüvə danışıqlarında yaranan yeni fürsətlərdən yararlanmaq istəyir. Lakin ölkədə fəaliyyət göstərən yəhudi lobbisi, İsrail dövləti, eləcə də bir sıra körfəz ölkələri İrana qarşı sanksiyaların götürülməsinin əleyhinədirlər. 

Son xəbərlər

Orphus sistemi