ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək ABŞ yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək.
Digər ölkələr
17 Aprel , 2024 04:19
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək

ABŞ yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın yazılı bəyanatında deyilir.

Qeyd olunub ki, İranın İsrailə endirdiyi hava zərbələrindən sonra ABŞ prezidenti Cozef Bayden ölkənin müttəfiqləri və tərəfdaşları, o cümlədən “Yeddilik” qrupu, eləcə də Konqresdəki hər iki partiyanın liderləri ilə birlikdə cavab tədbirləri üçün hərtərəfli plan üzərində işləyir.

Belə ki, yeni sanksiyalar İranın raket və pilotsuz uçuş aparatları proqramlarını hədəfə alacaq, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu və İran Müdafiə Nazirliyinə dəstək verən şirkətlərə qarşı yönələcək.

Son xəbərlər

Orphus sistemi