​ABŞ-ın Texas ştatında 200-dək bayker həbs edilib

​ABŞ-ın Texas ştatında 200-dək bayker həbs edilib Onlar "mütəşəkkil cinayətdə iştirakda" ittiham olunurlar
Digər ölkələr
18 May , 2015 18:22
​ABŞ-ın Texas ştatında 200-dək bayker həbs edilib

Bakı. 18 may. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Ueyko şəhərində baykerlər arasında baş verən atışmada iştirak etməkdə şübhəli bilinən 192 nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu haqda ABC telekanalı məlumat yayıb.

Onların hamısı "mütəşəkkil cinayətdə iştirakda" ittiham olunur.

Polisin ilkin məlumatına əsasən, "Twin Peaks" restoranı yaxınlığındakı dayancaqda 5 bayker dəstəsi arasında qarşıdurma olub. Onlar əvvəlcə biri-birlərinə qarşı soyuq silah işlədiblər, sonra isə odlu silahdan atəş açıblar. Nəticədə 8 nəfər hadisə yerində ölüb. Bir ağır yaralı isə xəstəxanada keçinib. Daha 18 nəfər yaralnaıb. Ölənlərin hamısı baykerdir. 

Son xəbərlər

Orphus sistemi