Bakı. 8 sentyabr. REPORT.AZ/ "Liviya ordusu tezliklə Siirti İŞİD-dən azad edəcək".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter Londonda keçirdiyi mətbuat konfransında xəbər verib.
Onun sözlərinə görə, İŞİD hazırda şəhərin o qədər də əhəmiyyətli olmayan hissəsində mövqe tutub.
"Mən onların (Liviya ordusunun – "Report") şəhəri tezliklə kiçik sayda müqavimətçilərdən azad edəcəyini gözləyirəm" – deyə nazir bildirib.
O həmçinin qeyd edib ki, ABŞ şəhərin tam azad edilməsindən sonra da Liviya ordusuna yardımı dayandırmaq niyyətində deyil.
Qeyd edək ki, Siirtdə terrorçulara qarşı əməliyyat bir neçə aydır davam edir.