ABŞ-ın Kabildəki səfirliyi Novruz bayramı zamanı mümkün terror aktı barədə xəbərdarlıq edib

ABŞ-ın Kabildəki səfirliyi Novruz bayramı zamanı mümkün terror aktı barədə xəbərdarlıq edib Səfirlik terrorçuların Əfqanıstan paytaxtında hücumlar təşkil etmək niyyətində olmasıyla bağlı məlumata malikdir
Digər ölkələr
18 Mart , 2016 14:43
ABŞ-ın Kabildəki səfirliyi Novruz bayramı zamanı mümkün terror aktı barədə xəbərdarlıq edib

Bakı. 18 mart. REPORT.AZ/ Ekstremistlər mart 20-21-də Novruz bayramı qeyd edilərkən Əfqanıstanın paytaxtı Kabildə bir neçə terror hücumu həyata keçirməyi planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kabildəki səfirliyin yaydığı xəbərdarlıqda qeyd olunub.

"Səfirlik terrorçuların Əfqanıstan paytaxtında hücumlar təşkil etmək niyyətində olmasıyla bağlı məlumata malikdir. Onların hədəfləri Novruz bayramına həsr olunmuş təntənəli tədbirlər olacaq. Bu təhlükə ilə əlaqadar paytaxtda təhlükəsizlik rejimi xeyli gücləndiriləcək", - ABŞ diplomatik nümayəndəliyindən bildirilib.

Nümayəndəlik eyni zamanda ABŞ vətəndaşlarına Əfqanıstana səfərlərin arzuedilməz olduğunu da xatırladıb. Ölkədə olanlara isə oranı tərk etmək tövsiyə edilir.

Son xəbərlər

Orphus sistemi