ABŞ ilə Kuba arasında hava nəqliyyatı bu il bərpa oluna bilər

ABŞ ilə Kuba arasında hava nəqliyyatı bu il bərpa oluna bilər Bu barədə Kuba XİN-in ABŞ-la əlaqələr departamentinin rəhbəri Jozefina Vidal bildirib
Digər ölkələr
11 Noyabr , 2015 07:06
ABŞ ilə Kuba arasında hava nəqliyyatı bu il bərpa oluna bilər

Bakı. 11 noyabr. REPORT.AZ/ Kuba və ABŞ arasında hava nəqliyyatı bu ilin sonunadək bərpa oluna bilər. "Report"un “Gazeta.Ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Kuba XİN-in ABŞ-la əlaqələr departamentinin rəhbəri Jozefina Vidal bildirib.

“Biz ilkin razılaşmalara və sazişlərə çox yaxınıq. Bu sənədləri bir neçə həftə ərzində təqdim edə bilərik”, - deyə J.Vidal qeyd edib.

Onun sözlərinə görə, Havana ilə Vaşinqton arasında əldə olunacaq razılaşma, həmçinin ətraf mühitin qorunması və narkotik qaçaqmalçılığıyla mübarizə kimi sahələri də əhatə edəcək.   

Son xəbərlər

Orphus sistemi