​ABŞ İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməkdən imtina edib

​ABŞ İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməkdən imtina edib Con Kirbi ərəb koalisiyası tərəfindən qadağan olunmuş kasset bombasının tətbiq edilməsini heç cür şərh etməyib
Digər ölkələr
8 Yanvar , 2016 07:43
​ABŞ İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməkdən imtina edib

Bakı. 8 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməkdən imtina edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi diplomatik nümayəndəlik binasına xaricdən zərər dəymədiyini bildirib.

Kirbi ərəb koalisiyası tərəfindən qadağan olunmuş kasset bombasının tətbiq edilməsini isə heç cür şərh etməyib.

Yanvarın 7-də İran Səudiyyə Ərəbistanını ölkənin Yəməndəki səfirliyinə aviazərbə endirməkdə ittiham edib. Məlumata görə, nəticədə diplomatik missiyanın bir neçə mühafizəçisi yaralanıb.

Son xəbərlər

Orphus sistemi