ABŞ dövlət katibi və Avropa ölkələri XİN başçıları Suriyadakı vəziyyəti müzakirə edəcək

ABŞ dövlət katibi və Avropa ölkələri XİN başçıları Suriyadakı vəziyyəti müzakirə edəcək Görüş Parisdə keçiriləcək
Digər ölkələr
9 Mart , 2016 16:15
ABŞ dövlət katibi və Avropa ölkələri XİN başçıları Suriyadakı vəziyyəti müzakirə edəcək

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Suriyadakı vəziyyəti müzakirə etmək üçün martın 13-də bir sıra Avropa ölkələrinin xarici işlər nazirləriylə görüşəcək.  

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri Jan-Mark Eyro bildirib. 

Görüş Parisdə keçiriləcək. Dövlət katibi C.Kerri Fransa, Almaniya, Böyük Britaniya və İtaliyadan olan həmkarlarıyla Suriyadakı vəziyyəti müzakirə edəcək. 

Nazirlərin əsas müzakirə mövzusu fevralın 27-də Suriyada elan olunan atəşkəs məsələləri olacaq. 

"Hər şey bizim nəzərdə tutduğumuz kimi inkişaf etsə, biz müxalifəti danışıqlar masasına qayıtmağa çağırmaq niyyətindəyik", - deyə Fransa XİN-dən bildiriblər. 

Son xəbərlər

Orphus sistemi