ABŞ Dövlət Departamenti Rusiyanı Minsk razılaşmasını pozmaqda günahlandırıb

ABŞ Dövlət Departamenti Rusiyanı Minsk razılaşmasını pozmaqda günahlandırıb Cen Psaki: "Biz Rusiya və ya separatçılar tərəfindən öhdəliklərin həyata keçirilməsini görmədik"
Digər ölkələr
24 Yanvar , 2015 09:47
ABŞ Dövlət Departamenti Rusiyanı Minsk razılaşmasını pozmaqda günahlandırıb

Bakı. 24 yanvar. REPORT.AZ/ "Həm Rusiya, həm də seperatçılar yanvarın 22-də Berlində verdikləri bəyanatlara baxmayaraq, Minsk razılaşması üzrə öhdəliklərini açıq şəkildə yerinə yetirmir". "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi həftəlik brifinqdə bildirib.

"Biz yanvarın 22-də Berlində Minsk razılaşmasının dəstəklənməsi barədə verilmiş bəyanatdən sonra Rusiya və ya separatçılar tərəfindən öhdəliklərin həyata keçirilməsini görmədik, separatçı liderlər daha çöx ərazinin ələ keçirilməsi niyyətində olduqlarını açıq-aşkar bəyan ediblər", - sözçü deyib.

C.Psaki xüsusilə Rusiyanın separatçılara fəal yardımına, o cümlədən hərbi texnika ilə təchiz edilməsi və cari taktik dəstəyin həyata keçirilməsi üçün hərbçilərin verilməsinə diqqət çəkin.

"Münaqişənin dinc yolla həll edilməsinin açarı Rusiyadadır və o, təcavüzə son qoymaq üçün məsuliyyət daşıyır", - sözçü vurğulayıb.

Son xəbərlər

Orphus sistemi