Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti xaricə səfər edən amerikalılara səyahət xəbərdarlığı verib.
"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Dövlət Departamenti terrorçuların təkcə Amerikanın hökumət binaları deyil, mehmanxanalar, ticarət mərkəzləri, məktəblər və ibadətgahları da hədəf aldığını bildirib.
Qeyd olunub ki, Avstraliyada girov hadisəsi Amerika vətəndaşlarının şəxsi təhlükəsiliklərinə dair daha ehtiyatlı olmalarına xəbərdarlıqdır.
Səyahət xəbərdarlığı martın 19-dək qüvvədə olacaq.