​ABŞ-da təyyarə qəzası olub, 4 nəfər ölüb

​ABŞ-da təyyarə qəzası olub, 4 nəfər ölüb Yerdə xəsarət alan olmayıb
Digər ölkələr
9 İyul , 2016 06:46
​ABŞ-da təyyarə qəzası olub, 4 nəfər ölüb

Bakı. 9 iyul. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Hyuston şəhərində bir mühərrikli "Piper PA-32" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu haqda ABŞ Aviasiyasının Federal İdarəsi məlumat yayıb.

İnfromasiyaya görə, təyyarə hava limanı yaxınlığında yaşayış məntəqəsinə düşüb. Təyyarənin göyərtəsindəki 4 nəfər həyatını itirib. Yerdə xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi