Bakı. 9 iyul. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Hyuston şəhərində bir mühərrikli "Piper PA-32" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu haqda ABŞ Aviasiyasının Federal İdarəsi məlumat yayıb.
İnfromasiyaya görə, təyyarə hava limanı yaxınlığında yaşayış məntəqəsinə düşüb. Təyyarənin göyərtəsindəki 4 nəfər həyatını itirib. Yerdə xəsarət alan olmayıb.