​ABŞ-da təyyarə qəzası nəticəsində 6 nəfər həlak olub

​ABŞ-da təyyarə qəzası nəticəsində 6 nəfər həlak olub Kissimi şəhərindən Oksforda uçan təyyarənin mühərrikində problem yaranıb
Digər ölkələr
15 Avqust , 2016 00:08
​ABŞ-da təyyarə qəzası nəticəsində 6 nəfər həlak olub

Bakı. 15 avqust. REPORT.AZ/ ABŞ-ın Alabama ştatında ikimühərrikli "Piper PA-31" təyyarəsi qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "WVTM" telekanalı xəbər yayıb.

Məlumata görə, qəza Nortport aeroportu yaxınlığnda, yerli vaxtla saat 11:30-da baş verib. Kissimi şəhərindən (Florida ştatı) Oksford (Missisipi ştatı) şəhərinə doğru uçan təyyarənin mühərrikində problem yaranıb.

Yerə enən təyyarə ağaca çırpılıb.

Qəza nəticəsində 6 nəfər həlak olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib.  

Son xəbərlər

Orphus sistemi