Bakı. 11 sentyabr. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində naməlum şəxslər bir neçə nəfəri girov götürüb.
"Report" xəbər verir ki, bu haqda "KNBC" telekanalı məlumat yayıb.
Telekanalın xəbərinə görə, polisdən yayınmaq istəyən naməlum şəxslər restorana soxularaq, müştəriləri griov götürüb. Amma polis onları yaxalaya bilib.
Şahdilər mülki geyimli 3 və əli qandallı iki nəfəri gördüklərini bildiriblər.
Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.