Yuxarı

​ABŞ-da restorana basqın edənlər tutulub

KİV: Polisdən yayınmaq istəyən naməlum şəxslər restorana soxularaq, müştəriləri girov götürüblər

Bakı. 11 sentyabr. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində naməlum şəxslər bir neçə nəfəri girov götürüb.

"Report" xəbər verir ki, bu haqda "KNBC" telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, polisdən yayınmaq istəyən naməlum şəxslər restorana soxularaq, müştəriləri griov götürüb. Amma polis onları yaxalaya bilib.

Şahdilər mülki geyimli 3 və əli qandallı iki nəfəri gördüklərini bildiriblər.

Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi