​ABŞ-da partlayış baş verib, 3 nəfər ölüb

​ABŞ-da partlayış baş verib, 3 nəfər ölüb Hadisəyə səbəb qaz sızması olub
Digər ölkələr
13 Avqust , 2016 07:25
​ABŞ-da partlayış baş verib, 3 nəfər ölüb

Bakı. 13 avqust. REPORT.AZ/ ABŞ-da baş vermiş partlayış zamanı 3 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Vaşinqton yaxınlığındakı Silver Sprinqdə baş verib.

Polis şefinin müavini Rass Xemill bildirib ki, məişət qazının sızması səbəbindən çoxmənzilli yaşayış binasında partlayış baş verib. Nəticədə 100 nəfər evsiz-eşiksiz qalıb. Onlar müvəqqəti olaraq yerli kitabxanaya yerləşdirib.

Polis nümayəndəsinin sözlərinə görə, xilasetmə işləri binanın uçması təhlükəsi ilə daha da çətinləşir.

"Bina uçması təhlükəsi altındadır və bu, xilasedicilər üçün təhlükəlidir", - deyə Xemill bildirib.

Son xəbərlər

Orphus sistemi