ABŞ-da naməlum şəxs ticarət mərkəzində 8 nəfərə bıçaqla xəsarət yetirib

ABŞ-da naməlum şəxs ticarət mərkəzində 8 nəfərə bıçaqla xəsarət yetirib Yaralılardan bir neçəsi xəstəxanaya yerləşdirilib
Digər ölkələr
18 Sentyabr , 2016 10:03
ABŞ-da naməlum şəxs ticarət mərkəzində 8 nəfərə bıçaqla xəsarət yetirib

Bakı. 18 sentyabr. REPORT.AZ/ ABŞ-ın Minnesotta ştatının Sent-Klaud şəhərinin ticarət mərkəzində naməlum şəxs bıçaqla ətrafdakı insanlara hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, o, 8 nəfəri yaralayıb. Polis həmin şəxsə atəş açıb. 

Yaralılardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, ətrafdakılara hücum edən şəxsin əynində mağaza mühafizəçisinin forması olub.

O, ticarət mərkəzindəki insanlara hücum edərkən atəş səsləri də eşidilib. 

Son xəbərlər

Orphus sistemi