​ABŞ-da liseyə hücum olub, 3 şagird yaralanıb

​ABŞ-da liseyə hücum olub, 3 şagird yaralanıb Onlardan ikisi oğlan, biri qızdır
Digər ölkələr
13 Dekabr , 2014 17:57
​ABŞ-da liseyə hücum olub, 3 şagird yaralanıb
Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ-ın Portland şəhərindəki liseylərdən birində baş verən silahlı hücum nəticəsində üç nəfərin yaralandığı və cinayətkarın qaçdığı bildirilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, silahlı hücumda ikisi oğlan, biri qız olmaqla üç şagird yaralanıb.

Məlumatda həmçinin qeyd edilib ki, yaralanan şagirdlər əvvəl məktəbə qaçıb kömək istəyiblər, sonra isə təcili yardımla xəstəxanaya qaldırılıblar. Şagirdlər xəstəxanaya aparılan zaman şüurları üzərlərində olub. Polis normal təhsil sisteminə alternativ olaraq qurulan və fiziki qüsurlu şagirdlərin təhsil aldığı məktəbdə baş verən hücumun qruplaşmalarla əlaqəli ola biləcəyini də açıqlayıb.

Xatırladaq ki, Portlandda iyul ayında başqa bir liseydə meydana gələn hadisə nəticəsində 15 yaşında məktəb yoldaşını öldürən bir şagird tutulacağını öyrənəndə intihar edib.

Son xəbərlər

Orphus sistemi