Məlumatda həmçinin qeyd edilib ki, yaralanan şagirdlər əvvəl məktəbə qaçıb kömək istəyiblər, sonra isə təcili yardımla xəstəxanaya qaldırılıblar. Şagirdlər xəstəxanaya aparılan zaman şüurları üzərlərində olub. Polis normal təhsil sisteminə alternativ olaraq qurulan və fiziki qüsurlu şagirdlərin təhsil aldığı məktəbdə baş verən hücumun qruplaşmalarla əlaqəli ola biləcəyini də açıqlayıb.
Xatırladaq ki, Portlandda iyul ayında başqa bir liseydə meydana gələn hadisə nəticəsində 15 yaşında məktəb yoldaşını öldürən bir şagird tutulacağını öyrənəndə intihar edib.