​ABŞ-da iki təyyarə toqquşub

​ABŞ-da iki təyyarə toqquşub Hər iki təyyarənin göyərtəsində sərnişin olub
Digər ölkələr
17 Fevral , 2016 18:57
​ABŞ-da iki təyyarə toqquşub

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərindəki beynəlxaq hava limanında iki "Boeing-737" sərnişin təyyarəsi uçuş zolağında toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda hava limanı məlumat yayıb.

Məlumata görə, toqquşan təyyarələr "American Airlines" və "Southwest Airlines" hava şirkətlərinə məxsus olub.

Hər iki təyyarənin göyərtəsində sərnişin olub. İlkin məlumata əsasən, xəsarət alan olmayıb. Təyyarələrdən birinin qanadı, digərinin isə quyurğu zədələnib. Yanacaq sızması qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi