ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-da atışma olub, ölən və yaralananlar var ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində avtobus dayanacağında baş verən atışma nəticəsində bir yeniyetmə ölüb, iki nəfər yaralanıb.
Digər ölkələr
22 Sentyabr , 2021 19:28
ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində avtobus dayanacağında baş verən atışma nəticəsində bir yeniyetmə ölüb, iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Telekanalın verdiyi məlumata görə, hadisə məktəb şagirdlərinin avtobus gözlədiyi vaxt baş verib.

Atışma yoldan keçən avtomobildən həyata keçirilib.

Sürücü hadisə yerindən qaçıb. Atışmanın nədən baş verdiyi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi