​ABŞ-da yağış yağması nəticəsində suyla dolan mağaradan 19 nəfər xilas edilib

​ABŞ-da yağış yağması nəticəsində suyla dolan mağaradan 19 nəfər xilas edilib Turistlərin hamısı xilas edilib
Digər ölkələr
27 May , 2016 06:32
​ABŞ-da yağış yağması nəticəsində suyla dolan mağaradan 19 nəfər xilas edilib

Bakı. 27 may. REPORT.AZ/ ABŞ-ın Kentukki ştatında yağış yağması nəticəsində suyla dolan mağarada qalan 19 nəfər sağ-salamat xilas olunub.

"Report" xəbər verir ki, bu barədə ştatın qubernatoru Mett Bevin məlumat verib.

21 nəfərdən ibarət turist qrupu cümə axşamı səhər yerli mağaralardan birinə ekskursiyaya gəlib. Bu zaman yağmağa başlayan yağış tədricən mağaranı doldurub və yalnız 4 nəfər oranı tərk edə bilib. İki yerli polis əməkdaşı mağarada qalanların xilas edilməsi üçün hadisə yerinə göndərilib, lakin onlarla da əlaqə kəsilib.

"Bütün səyyahlar mağaradan xilas edilib", - deyə Bevin öz "twitter" səhifəsində yazıb.

Son xəbərlər

Orphus sistemi