ABŞ 155 mm kalibrli mərmi istehsalını kəskin artıracaq

ABŞ 155 mm kalibrli mərmi istehsalını kəskin artıracaq Amerika Birləşmiş Ştatları Ukraynada münaqişə başlayandan bəri 155 mm kalibrli artilleriya mərmilərinin istehsalını iki dəfə artırıb və 2024-cü ilin sonuna qədər onu yenidən iki dəfə artırmağı planlaşdırır.
Digər ölkələr
25 Aprel , 2024 02:16
ABŞ 155 mm kalibrli mərmi istehsalını kəskin artıracaq

Amerika Birləşmiş Ştatları Ukraynada münaqişə başlayandan bəri 155 mm kalibrli artilleriya mərmilərinin istehsalını iki dəfə artırıb və 2024-cü ilin sonuna qədər onu yenidən iki dəfə artırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Vaşinqton beləliklə öz istehsalı hesabına Ukraynaya operativ və əhəmiyyətli sursat tədarükü təmin edə biləcək.

“ABŞ Ukraynanı dəstəkləmək üçün öz istehsal gücünü artırır. Məsələn, biz 155 mm kalibrli top mərmilərinin yerli istehsalına sərmayə qoyuruq. Münaqişə başlayandan bəri biz 155 mm kalibrli sursatın aylıq istehsalını iki dəfədən çox artırmışıq. Bu ilin sonuna qədər biz onu yenidən iki dəfə artırmağı planlaşdırırıq”.

Son xəbərlər

Orphus sistemi