Abdulqadir Abdullayev: Mən qalib gəldiyimə əmin idim

Abdulqadir Abdullayev: Mən qalib gəldiyimə əmin idim "Rəqibim elə bilirdi ki, o mənim üzərimdə qələbə qazanıb. Mən isə qalib gəldiyimə əmin idim"
Digər ölkələr
23 İyun , 2015 23:02
Abdulqadir Abdullayev: Mən qalib gəldiyimə əmin idim

Баку. 23 июня. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında yarımfinala yüksələn Azərbaycanlı dəri əlcək ustası Abdulqadir Abdullayev son döyüşü haqda fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, fransalı Paul Bianqolo Ombanı 3:0 hesabı ilə məğlub edən A.Abdullayev deyib ki, qarşılaşmanın əvvəli gözlədiyi kimi yaxşı keçib: "Döyüşdən sonra hər bir qarşılaşmada olduğu kimi mən istədim rəqibimin əlini sıxam. Rəqibimə qarşı hörmət hissi ilə yanaşdım. O isə öz narazılığını bildirdi ki, guya o qalib gəlib. Mən ikinci dəfə onun əlini sıxmaq istədim, o da dönüb getdi. Rəqibim elə bilirdi ki, o mənim üzərimdə qələbə qazanıb. Mən isə qalib gəldiyimə əmin idim. Ümumiyyətlə, hər bir idmançı hesab edir ki, qalib odur".

Qeyd edək ki, Ə.Abdullayevin yarımfinaldakı rəqibi rusiyalı Sadam Maqomedov olacaq.

Son xəbərlər

Orphus sistemi