Ukrayna azərbaycanlılarının diaspor təşkilatları Kiyevdə toplantı keçiriblər

Ukrayna azərbaycanlılarının diaspor təşkilatları Kiyevdə toplantı keçiriblər Toplantıda bir sıra məsələlər üzrə bəyanatlar qəbul olunub
Diaspor
22 Dekabr , 2014 11:36
Ukrayna azərbaycanlılarının diaspor təşkilatları Kiyevdə toplantı keçiriblər

Bakı. 22 dekabr. REPORT.AZ/ Ukraynada yaşayan azərbaycanlıların əksər regionlar üzrə təşkilatları Kiyevə toplaşaraq il ərzində ölkədə yaşayan azərbaycanlılarla bağlı baş verən hadisələri, o cümlədən ölkənin şərqindəki münaqişəni müzakirə ediblər.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) "Report"a verilən məlumata görə, konqres sədri Rövşən Tağıyevin sədrliyi ilə keçirilən toplantıda gələn il üçün Ukraynada Azərbaycan diasporunun görəcəyi işlərin planları da tutulub.

Toplantıda Ukraynada yaşayan azərbaycanlılar bir sıra məsələlər ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda ölkədə baş verən və baş verə biləcək hadisələri nəzərə alaraq azərbaycanlıların hüquqlarının qorunması, ölkənin şərq hissəsində yaşayan həmvətənlərin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən ölkənin siyasi, iqtisadi və mədəni sahələrdə Ukrayna azərbaycanlıları maraqlarının təqdim edilməsi əksini tapıb.

Toplantıda konqresin Dnepropetrovsk vilayəti üzrə sədri Qüdrət Hacıyev, Xarkov vilayəti üzrə sədri Qurban Abbasov, Donetsk vilayəti üzrə sədri Malik Pirverdiyev, Nikolayev vilayəti üzrə sədri Yunus Əliyev və digərləri iştirak edib. 

Son xəbərlər

Orphus sistemi