​Mladen İvaniç: “Nizami Gəncəvi irsini yaymaq imkanına sahib olmaqdan şərəf duyuram”

​Mladen İvaniç: “Nizami Gəncəvi irsini yaymaq imkanına sahib olmaqdan şərəf duyuram” Mladen İvaniç IV Qlobal Bakı Forumun əhəmiyyətini diqqətə çatdırıb
Diaspor
29 Fevral , 2016 17:17
​Mladen İvaniç: “Nizami Gəncəvi irsini yaymaq imkanına sahib olmaqdan şərəf duyuram”

Bakı. 29 fevral. REPORT.AZ/ Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç IV Qlobal Bakı Forumu ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə məktub ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 10-11-də Bakıda DİDK-nin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IV Qlobal Bakı Forumunda iştirakı planlaşdırılan Mladen İvaniç bu Forumun qlobal əhəmiyyətini diqqətə çatdırıb.

“Böyük problemlərin olduğu bir vaxtda bizi sülh, rifah və ədalət dünyasına bir addım daha yaxın edə biləcək fikir və ideyaların mübadiləsi liderlər üçün olduqca zəruridir. Bakı Forumu bu problemləri müzakirə etmək və ən vacibi isə müsbət təşəbbüslər irəli sürmək üçün böyük imkandır”, - deyə o bildirib. 

M.İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, mərkəzin həyata keçirəcəyi önəmli işlərə öz töhfəsini verməyə hazırdır. O, həmçinin Nizami Gəncəvi irsini təbliğ etmək imkanına sahib olmaqdan şərəf duyduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi