Kiyevdə Heydər Əliyevin abidəsi ziyarət edilib

Kiyevdə Heydər Əliyevin abidəsi ziyarət edilib Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Kiyevdəki Heydər Əliyev adına parkda yerləşən abidəsi ziyarət olunub.
Diaspor
10 May , 2024 11:37
Kiyevdə Heydər Əliyevin abidəsi ziyarət edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Kiyevdə Heydər Əliyev adına parkda yerləşən abidəsi ziyarət olunub.

“Report”un Şərqi Avropa bürosunun xəbərinə görə, tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, diaspor nümayəndələri iştirak ediblər.

Ziyarət edənlər Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyublar, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Son xəbərlər

Orphus sistemi