Zakir Qaralov Biləsuvarda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Biləsuvarda vətəndaşları qəbul edəcək Qəbul martın 30-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında olacaq
Daxili siyasət
11 Mart , 2015 11:25
Zakir Qaralov Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov martın 30-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə "Report"a Prokurorluqdan məlumat verilib. 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Biləsuvar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi