Siyavuş Novruzov: “İqbal Ağazadənin tərəfdarlarının seçkiyə müdaxilələri ilə bağlı MSK-ya 29 protokol göndərmişik”

Siyavuş Novruzov: “İqbal Ağazadənin tərəfdarlarının seçkiyə müdaxilələri ilə bağlı MSK-ya 29 protokol göndərmişik” “Onun iddiaları yalandır”
Daxili siyasət
20 İyun , 2016 13:41
Siyavuş Novruzov: “İqbal Ağazadənin tərəfdarlarının seçkiyə müdaxilələri ilə bağlı MSK-ya 29 protokol göndərmişik”

“Onun iddiaları yalandır”

Bakı. 20 iyun. REPORT.AZ/ “İqbal Ağazadənin 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə saxtakarlığın olması ilə bağlı iddiaları yalandır. Əksinə, onun səlahiyyətli nümayəndələri jurnalistlər vasitəsilə məntəqələrdə seçki prosesinə təsir göstərməyə çalışırdı. Həmin şəxslərin qeyri-qanuni şəkildə seçkiyə müdaxilə etmələrinin qarşısı alınıb”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Ümid Partiyasının sədri İqbal Ağazadənin səlahiyyətli nümayəndələrinin, müşahidəçilərinin seçkiyə müdaxilə halları protokollaşdırılıb: “Artıq, seçkiyə müdaxilə halı ilə bağlı 29 protokol həm 90 saylı Ağdaş dairə seçki komissiyasına, həm də Mərkəzi Seçki Komissiyasına göndərilib”.

YAP rəsmisi həmin dairədən İqbal Ağazadənin uğur qazanmasının mümkün olmadığını qeyd edib: “Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatı çox fəaldır. Biz də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə partiyanın rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyini irəli sürmüşdük. O da səs çoxluğu ilə qalib oldu. Yeni Azərbaycan Partiyasının Ağdaş Rayon Təşkilatının 16 min üzvü var. Bəlli idi ki, Cavid Osmanov qalib gələcək, uzun müddətdir, rayonda çalışır, Ağdaş rayon icra hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədridir. Rayonda hər kəs onu tanıyır. Burada qeyri-adilik, yenilik gözləməyə ehtiyac yox idi. Bilirsiniz, hər seçki dairəsindən namizəd irəli sürmək seçki praktikasına ziddir. Əvvəlcə bu ərazidə təhqiqat aparılmalıdır. Öyrənmək lazımdır ki, namizədliyini irəli sürən şəxsə səs verəcəklərmi? Bu şəxsin potensialı nədən ibarətdir? Ağdaşda bir faiz seçici İqbal Ağazadəni tanıya bilər. Çünki o, orada işləməyib, yaşamayıb, Ağdaş ciddi şəkildə fəaliyyət göstərən təşkilatı yoxdur”.

Qeyd edək ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib. İlkin nəticəyə görə, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri YAP-ın namizədi Cavid Osmanova səs verib. Ümid Partiyasının sədri İqbal Ağazadə isə 1802 (7, 84%) səslə ikinci olub.

Son xəbərlər

Orphus sistemi