Siyasi partiyalar tədbir keçirəcək

Siyasi partiyalar tədbir keçirəcək Tədbirdə tarixi erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itkilər barədə də fikir mübadiləsi aparılacaq
Daxili siyasət
30 Yanvar , 2015 10:29
Siyasi partiyalar tədbir keçirəcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Fevralın 3-də Atatürk Mərkəzində "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsinin reallıqları" mövzusunda tədbir keçiriləcək. "Report" xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Sosial Rifah Partiyası ilə yanaşı digər siyasi partiyalar və QHT-lərdir.

Tədbir dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyduğu vəzifələrlə əlaqədar keçiriləcək.

Tədbirdə 2004-2014-cü illərdə görülən işlərin nəticələri, ölkə ictimaiyyəti tərəfindən dəstəklənməsi və tarixi erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların beynəlxalq qiymətləndirilməsi məsələləri müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi