QHT-lərə Dövlət Dəstəyi Şurasına seçkilərin keçirilmə vaxtı müəyyənləşib

QHT-lərə Dövlət Dəstəyi Şurasına seçkilərin keçirilmə vaxtı müəyyənləşib Gündəlikdəki məsələlər səsə qoyularaq qəbul edilib
Daxili siyasət
2 Mart , 2016 18:00
QHT-lərə Dövlət Dəstəyi Şurasına seçkilərin keçirilmə vaxtı müəyyənləşib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şura sədri Azay Quliyev iclasın gündəliyinə Şuranın elan etdiyi 1-ci maliyyə müsabiqəsi fondunun müəyyənləşdirilməsi, dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Şura ilə razılaşdırması Qaydasının icrası haqqında təlimatın, Şuranın maliyyə yardıma ilə QHT-lər tərəfindən icra olunan layihələrin Şura Katibliyi tərəfindən idarə edilməsi qaydalarının, Şuranın 2016-cı il fəaliyyət planının təsdiqi, Şuraya təqdim edilən müsabiqədənkənar layihələrin qiymətləndirilməsi, Şura üzvlüyünə seçkilərin keçirilməsinin təqvimi və iclasların keçirilmə qaydaları haqqında təlimatın təsdiqi və digər məsələlərin daxil olunmasını təklif edib və gündəlik aşağıdakı ardıcıllıqla təsdiq edilib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin hüquqşünası Rauf Məcidbəyli,  baş məsləhətçi Mustafa Qurbanlı gündəlikdə dayanan məsələləri Şura üzvlərinə təqdim edərək, onların hər biri haqqında ətraflı məlumat veriblər.

Əsasnaməyə uyğun olaraq Şura üzvlüyünə keçiriləcək seçkilərə hazırlıqla bağlı danışan F.Qurbanov seçkilərin azad və ədalətli keçirilməsi və şəffaflığın təmin olunması üçün beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələrinin 8 qrup üzrə keçiriləcək seçkiləri izləməyə dəvət olunacağını bildirib. Yaxın günlərdə Şura üzvlüyünə ixtisaslaşmış qruplar üzrə keçiriləcək seçkilərin dəqiq tarixi, həmçinin iştirakçı və namizədlərin adları elan olunacaq.

İclasda Şura üzvləri Tahir Süleymanov, Sahib Məmmədov, Rəna Mirzəzadə və Dilarə Vəliyeva çıxış edərək gündəlikdə dayanan məsələlər haqqında rəy və təkliflərini bildiriblər.

Gündəlikdəki məsələlər müzakirələrdən sonra ayrılıqda səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi