Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB-2

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB-2 Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Asim Nadir oğlu Səfərovun meyitinin qalıqları Qəbələ rayonuna gətirilib.
Daxili siyasət
7 May , 2024 16:02
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB-2

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Asim Nadir oğlu Səfərovla Qəbələ rayonunun Qəmərvan kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi Qəmərvan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Qəbələ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:47

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Asim Nadir oğlu Səfərovla Qəbələ rayonunun Qəmərvan kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Qəmərvan kənd qəbiristanlığına aparılır.

15:19

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Asim Nadir oğlu Səfərovun meyitinin qalıqları Qəbələ rayonuna gətirilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Qəmərvan kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Səfərov Asim Nadir oğlu 1975-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 10-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

A.Səfərov Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi