Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib

Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 1 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.
Daxili siyasət
27 Sentyabr , 2023 14:36
Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 1 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, yanacaqla dolu avtomobil sentyabrın 27-də Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.

Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməniəsilli sakinlərin nümayəndələrinin bölgəyə yanacaq verilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.

Bundan öncə də SOCAR-a məxsus yanacaqla dolu 4 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilmişdi.

Son xəbərlər

Orphus sistemi