Bakı. 18 yanvar. REPORT.AZ/ "Neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları müşahidə etmədik. Məndə elə bir məlumat yoxdur ki, indiki böhran şəraitində hansısa ölkə əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır, bizim güclü sosial siyasətimizin təzahürüdür və bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən yüz milyonlarla manat vəsait xərclənəcək".
"İndiki şəraitdə bunun nə demək olduğunu hesab edirəm ki, izah etməyə ehtiyac yoxdur. Bu məsələyə il ərzində yenidən baxılacağı istisna edilmir. Əlbəttə ki, bu bizim imkanlarımıza bağlı olan məsələdir", - Prezident əlavə edib.
Xatırladaq ki, keçən həftə dövlət başçısının müvafiq sərəncamları ilə pensiya və əmək haqları 10 faiz qaldırılıb.