Prezident İlham Əliyev: "Maaş və pensiyaların qaldırılması məsələsinə il ərzində yenidən baxılacağı istisna edilmir"

Prezident İlham Əliyev: "Maaş və pensiyaların qaldırılması məsələsinə il ərzində yenidən baxılacağı istisna edilmir" "Əlbəttə ki, bu, bizim imkanlarımıza bağlı olan məsələdir"
Daxili siyasət
18 Yanvar , 2016 14:51
Prezident İlham Əliyev: Maaş və pensiyaların qaldırılması məsələsinə il ərzində yenidən baxılacağı istisna edilmir

Bakı. 18 yanvar. REPORT.AZ/ "Neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları müşahidə etmədik. Məndə elə bir məlumat yoxdur ki, indiki böhran şəraitində hansısa ölkə əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır, bizim güclü sosial siyasətimizin təzahürüdür və bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən yüz milyonlarla manat vəsait xərclənəcək".

"Report" xəbər verir ki, bunu yanvarın 18-də Azərbaycan Respublikasının Prezidentinin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə dövlət başçısı İlham Əliyev bildirib.

"İndiki şəraitdə bunun nə demək olduğunu hesab edirəm ki, izah etməyə ehtiyac yoxdur. Bu məsələyə il ərzində yenidən baxılacağı istisna edilmir. Əlbəttə ki, bu bizim imkanlarımıza bağlı olan məsələdir", - Prezident əlavə edib.

Xatırladaq ki, keçən həftə dövlət başçısının müvafiq sərəncamları ilə pensiya və əmək haqları 10 faiz qaldırılıb.

Son xəbərlər

Orphus sistemi