Polislərə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub

Polislərə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub Yeni səlahiyyətlər "Polis haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb
Daxili siyasət
2 Dekabr , 2015 12:58
Polislərə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda polislər fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tədbiqindən terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda da istifadə edə biləcək. "Report" xəbər verir ki, polislərə əlavə səlahiyyətlərin verilməsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitəsinin bugünkü iclasında müzakirə edilib.

Yeni səlahiyyətlərin verilməsi "Polis haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

İclasda dəyişiklik layihəsi MM-in plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi