​Ombudsmanın nümayəndələri Müsavat Partiyası başqanının müavini ilə görüşüb

​Ombudsmanın nümayəndələri Müsavat Partiyası başqanının müavini ilə görüşüb Milli Preventiv Qrupun üzvləri 14 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər
Daxili siyasət
3 Sentyabr , 2015 14:40
​Ombudsmanın nümayəndələri Müsavat Partiyası başqanının müavini ilə görüşüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin və məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə, o cümlədən yataqxanalarda, cərimə təcridxanasında, tibb-sanitar hissəsində, görüş yerlərində 40-dan çox məhkum fərdi qaydada dinlənilmiş, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilmiş şəxslər, o cümlədən Yadigar Sadıqov şəraitdən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına, mətbəxinə və digər obyektlərə baxışlar zamanı saxlanılma şəraiti, tibbi yardım, qidalanma, içməli, isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, müvafiq təmir işlərinin aparılması müsbət dəyərləndirilib.

Başçəkmə çərçivəsində milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-in daxili intizam Qaydalarına müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, Yadigar Sadıqov Müsavat Partiyası başqanının müavinidir.

Son xəbərlər

Orphus sistemi