Ombudsman: Ağdaban faciəsini törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər

Ombudsman: Ağdaban faciəsini törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdaban qətliamının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
Daxili siyasət
8 Aprel , 2024 10:34
Ombudsman: Ağdaban faciəsini törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər

Ağdaban faciəsini törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər.

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdaban qətliamının 32-ci ildönümü ilə bağlı feysbuk hesabındakı paylaşımında yazıb.

O xatırladıb ki, 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində törədilmiş qətliam zamanı kəndin 779 nəfər dinc sakini müxtəlif işgəncələrə məruz qalıb, uşaqlar, qadınlar və qocalar diri-diri yandırılıb, insanlar amansızlıqla qətlə yetirilib.

Ombudsman bildirib ki, eyni zamanda, tarixi, mədəni və dini obyektlər dağıdılıb, Azərbaycanın mədəni irsinə aid əsərlər məhv edilib.

"Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud pozulması ilə törədilən Ağdaban qətliamına beynəlxalq səviyyədə hüquqi qiymət verilməli, bu qanlı cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər", - Səbinə Əliyeva əlavə edib.

Son xəbərlər

Orphus sistemi